500-dən artıq qeyri-leqal miqrant Meksikadan ABŞ-a keçməyə cəhd edib

Mərkəzi Amerika ölkələrindən olan 500-dən artıq qeyri-leqal miqrant Meksika ərazisindən ABŞ-a keçəməyə cəhd ediblər.

Sərhədi qeyri-leqal üsulla keçmək istəyən miqrantlara qarşı ABŞ polisləri gözyaşardıcı qazdan istifadə ediblər. İnsident nəticəsində xəsarət alanlar və ya saxlanılanlar barədə məlumat verilmir.

Miqrantların sərhədi keçməyə cəhdlərindən sonra ABŞ-ın Gömrük-Sərhəd Xidməti San-Diyeqo və Tixuana şəhərləri arasında yerləşən "San-İsidro" sərhəd keçidini bağlayıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31