Kiyev qarışdı: Rusiya səfirliyi önünə şinlər yığılır – Foto

Kiyevdə Rusiya Federasiyasının səfirliyi önündə fəalların toplaşması müşahidə edilir.

Axar.az Ukrayna mediasına istinadla xəbər verir ki, artıq 30 nəfər səfirlik önündədir. Səfirliyin əsas girişinə avtomobil şinləri də yığılır.

Həmçinin səfirliyin hasarının üstünə kağızdan düzəldilmiş gəmi maketləri qoyulub.

Qeyd edək ki, bu gün Rusiya donanmasının Ukrayna gəmilərinə hücumu baş verib. Hücum nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb (Rusiya 3 dənizçinin yaralandığını açıqlayıb), 3 Ukrayna gəmisi ələ keçirilib və Rusiya ərazisinə aparılmaqdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31