Rusiya 3 Ukrayna gəmisini zəbt etdi: Poroşenko təcili...

Ukrayna Prezidenti Poroşenko Ukraynaya məxsus 3 gəminin Rusiya tərəfindən ələ keçirilməsi ilə bağlı Hərbi kabinetin təcili toplanmasına qərar verib.

Bu barədə məlumatı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.

"Saat 22:00-da (Bakı vaxtı ilə gecə yarısı) Poroşenko olayla bağlı Hərbi Kabineti toplayıb", - məlumatda bildirilib.

Ukrayna Prezident Administrasiyasından isə bildirilib ki, Poroşenko Rusiyanın bu aqressiyası ilə bağlı Böyük Yeddilik və BMT TŞ-nin üzv ölkələrini məlumatlandırıb.

Qeyd edək ki, Kerç körfəzindən qayıdan Ukraynaya məxsus 3 gəminin Rusiya tərəfindən atəşə və tarana məruz qaldığı, daha sonra isə ələ keçirildiyi bildirilir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31