İranda güclü zəlzələ: xəsarət alanların sayı 114 nəfərə çatıb
25 Noyabr 2018 23:40 Dünyaİranın qərbindəki Kermanşah vilayətində baş vermiş 6,3 bal gücündə zəlzələ zamanı xəsarət alanların sayı 114 nəfərə çatıb.
Bu barədə "PressTV" telekanalı xəbər verir.
"İran-İraq sərhədində 6,3 maqnitudada zəlzələ zamanı 114 nəfər xəsarət alıb", deyə PressTV-nin "Twitter" səhifəsində qeyd edilir.
Qeyd edək ki, telekanalın səhifəsindəki fotolarda zəlzələnin dağıntılara səbəb olduğu əks etdirən fotolar da yerləşdirilib. Daha əvvəl zəlzələ zamanı 70 nəfərin xəsarət aldığı bildirilirdi. Yerli vaxtla saat 16:37-də qeydə alınan zəlzələnin ocağı 46 kilometr dərinlikdə, yeraltı təkanların episentri Bağdaddan 150 kilometr şimal-şərqdə yerləşib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31