Braziliyada vertolyot qəzaya uğrayıb, ölənlər var

Braziliyada vertolyot qəzaya uğrayıb.Bu barədə "Report" EFE agentliyinə istinadən xəbər verir.Məlumata görə, vertolyot İtapirdən San-Pauluya uçurmuş. Lakin bir qədər sonra yerə düşüb.Qəza nəticəsində 2 heyət üzvü və 4 sərnişin də daxil olmaqla, 6 nəfər həlak olub. Vertolyotun əczaçılıq şirkətinə məxsus olduğu bildirilir.Qəzanın başvermə səbəbi ilə bağlı təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31