Şahzadənin olduğu gəmi batdı: 13 ölü, 37 itkin
25 Noyabr 2018 08:59 DünyaViktoriya gölünün Uqanda sahillərində gəmi batıb.
Publika.az xəbər verir ki, bu haqda "Daily Mirror" nəşri bildirib.
Hadisə nəticəsində ən azı 13 nəfər həlak olub. Nəşrin məlumatına görə, gəmidə 120 insan olub. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
Təxminən 70 nəfər xilas edilib. Nəşr bildirir ki, onların arasında Uqanda kralının qardaşı olan şahzadə Devid Vasayca da olub. Sərnişinlər arasında yerli müğənnilər İrin Namubiru və repçi "The Mith" də olub. Lakin onların aqibəti barədə məlumat yoxdur.
Viktoriya gölündə sentyabr ayında gəminin batması nəticəsində ən azı 218 insan həlak olmuşdu.1996-cı isə göldə gəminin çevrilməsi nəticəsində 500-dən çox insan boğulmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31