Qonşuda DTX-dan xəbərdarlıq: Əgər sabitlik pozularsa...
24 Noyabr 2018 23:48 DünyaGürcüstanda sabitliyin pozulmasına yönəlmiş bütün addımlara qarşı ciddi tədbirlər görüləcək.
Axar.az xəbər verir ki, belə bəyanatla Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Vaxtanq Qomelauri çıxış edib.
Onun sözlərinə görə, ölkədə sabitliyin pozulmasına təhlükə yaranarsa, DTX dərhal cavab tədbirləri görəcək.
Jurnalistlərin "seçkilərin ikinci turu öncəsi ölkədə sabitliyin pozulması ilə bağlı təhlükə gözlənilirmi?" sualına cavabında DTX rəisi deyib: "İstənilən zaman, istər seçkiöncəsi, istərsə də gələcəkdə sabitliyə təhlükə yaranarsa bizim dərhal cavabımız olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31