Almaniya və İspaniyada “Amazon” şirkətinin əməkdaşları işə çıxmayıblar
23 Noyabr 2018 20:40 DünyaAlmaniya və İspaniyada "Amazon" şirkətinin distributor mərkəzlərinin əməkdaşları "qara cümə" günü tətil keçirirlər.
Şirkətin Almaniya nümayəndəliyinin 626 əməkdaşı əməkhaqqının artırılması və sağlam əmək şəraitini təmin edəcək əmək müqaviləsi tələbilə işə çıxmayıblar. Şirkətdən verilən məlumata görə, Almaniya nümayəndəliyində ilkin məvacib saatda 10,78 avro, iki ildən sonra isə ayda orta hesabla 2397 avrodur. İspaniya nümayəndəliyində isə əməkdaşların 90 faizə yaxını aksiyaya qoşulub.
İlin ən qaynar günü keçirilən bu aksiyalar şirkətin fəaliyyətini poza bilər.
Qeyd edək ki, ABŞ-da Şükran günü bayramından sonrakı cümə günü ticarətdə tətbiq edilən qiymət endirimləri Avropanın da bir çox ölkələrində də yayılıb və son illər həftə boyu davam edir.
report