Ukraynada 50 ölkədə kompüterlərə virus salan haker saxlanılıb

Ukraynada 50 ölkədə iki mindən çox kompüterə virus salan haker saxlanılıb.

Xüsusi əməliyyat keçirməklə 42 yaşlı Lvov vilayətinin sakinini saxlayıblar. Məlum olub ki, haker "trojan" antivirus proqramına virus yerləşdirib və onun müştəri versiyasını paylaşıb.

Hakerin yaşadığı mənzildə axtarış aparılıb, istifadə etdiyi texnika ekspertizaya göndərilib. Faktla bağlı cinayət işi açılıb.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31