Donald Tramp: “ABŞ-da böyük fərq yaratdığım üçün özümə təşəkkür edirəm”

"Möhtəşəm bir ailəyə sahib olduğum və bu ölkədə böyük bir fərq yaratdığım üçün özümə təşəkkür edirəm".

Bunu ABŞ PrezidentiDonald Tramp Şükran günü münasibətilə bağlı mesajında vurğulayıb.

Bayram tətilini Floridadakı malikanəsində keçirən Ağ Evin sahibi ABŞ-da keçirilən Şükran günü münasibətilə əlaqədar ən çox hərbçilərə zəng edib, jurnalistlərlə söhbətləşib.

"Vəzifəni təhvil aldığım gündən bu günədək ölkə inanmayacağınız dərəcədə güclənib", - Donald Tramp vurğulayıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31