Türkiyədə Rusiya səfirinin qətlə yetirilməsi ilə bağlı materiallar məhkəməyə göndərilib

Türkiyə Baş Prokurorluğu Rusiyanın bu ölkədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı materialları məhkəməyə göndərib.

Türkiyə Baş Prokurorluğu Rusiyanın bu ölkədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı materialları məhkəməyə göndərib.

Sözügedən məsələ ilə bağlı istintaq altındakı 28 şübhəli arasında FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin də adı var.

Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada Rusiya fotosərgisinin açılışı zamanı mühafizəçi qismində salona gələn Mövlüd Mərd Altıntaş adlı bir nəfər tərəfindən odlu silahla qətlə yetirilmişdi. O, dərhal polis tərəfindən öldürülmüşdü.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31