Amerikalılar son 117 ilin ƏN SOYUQ GÜNÜNÜ küçədə keçirdi

ABŞ-da məhsullarda ən çox endirimin olduğu “Qara cümə” başlayıb. Hər il noyabr ayının dördüncü cümə günü qeyd olunan “şükranlıq günü” ilə eyni vaxta təsadüf edən “Qara cümə” ilə əlaqədar satışlar gecə saatlarından başlayıb.

ABŞ-da məhsullarda ən çox endirimin olduğu "Qara cümə" başlayıb.

Hər il noyabr ayının dördüncü cümə günü qeyd olunan "şükranlıq günü" ilə eyni vaxta təsadüf edən "Qara cümə" ilə əlaqədar satışlar gecə saatlarından başlayıb.

Nyu Cersi və Nyu Yorkda pərakənda satış mərkəzlərinin qarşısında uzun növbələr yaranıb. Minlərlə insan dondurucu soyuqda dünəndən saatlarla mağazaların açılmasını gözləyib.

"Qara cümə"də ən çox elektron əşyalar satılıb. Paytaxt Vaşinqtonda da market və pərakəndə satış mağazalarının qarşısında uzun növbələr yaranıb.

ABŞ-ın Beynəlxalq Meteorologiya Mərkəzi bu il "Şükranlıq günü" 1901-ci ildən bu vaxta qədər ən aşağı temperaturun qeydə alındığını açıqlayıb.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31