Səudiyyə Ərdoğanı görüşə çağırdı – Cənubi Amerikaya…

Jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı jurnalistlərə açıqlamasında Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək istədiyini bildirib.

Nazir şahzadənin "G-20"nin Argentinada keçirilən sammiti çərçivəsində Ərdoğanla görüşmək niyyətində olduğunu açıqlayıb.

Çavuşoğlu belə bir görüşün baş tutmasına əngəlin olmadığını deyib:

"Səudiyyə Ərəbistanı bizim üçün önəmli ölkədir. Prezidentimizlə Kral Salman arasında səmimi münasibətlər var. Lakin ortada qəddarlıqla törədilmiş bir cinayət faktı da var. Bizim əsas məqsədimiz qaranlıq qalan bu cinayətin işığa çıxmasıdır".

Xarici işlər naziri Ərdoğanın Kral Salmanla iki dəfə görüşdüyünü bildirib: "İndi də şahzadə Salman prezidentimizlə görüşmək istəyir. Əlbəttə görüşə bilər. Bu görüşdə prezidentimiz bütün məlumatları ona çatdıracaq".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31