Paşinyanla Saakyan cəmi 11 milyon toplaya bildilər

Hayastan Ümumerməni Fondunun keçirdiyi illik telemarafonda cəmi 11.106.633 dollar toplanıb.

Azərbaycanın işğal edilmiş Qarabağ ərazisindəki separatçıların və Ermənistanın saxlanılması üçün toplanan ianələrə Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan da dəstək verib. O, fondun hesabına 3000 dollar köçürüb.

Qeyd edək ki, Los-Ancelesdə baş tutan və Qarabağ separatçılarının başçısı Saakyanın da qatıldığı builki telemarafonda toplanan məbləğ keçən ilkindən az olub. Keçən il ermənilər 12.505.456 dollar toplamışdılar

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31