Rusiya və İran Xəzər dənizində turistik əlaqənin yaradılmasını müzakirə edib
23 Noyabr 2018 15:33 Dünyaİran və Rusiya Xəzər dənizi üzrə turistik əlaqənin yaradılmasını müzakirə edib.
Bu barədə İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami bildirib.
"Rusiyanın nəqliyyat naziri ilə danışıqlarda səsləndirilən təkliflərdən biri də İran və Rusiya limanları arasında sərnişinləri dəniz yolu ilə daşımağa imkan verəcək dənizdə turistik əlaqənin yaradılması olub", - M.Eslami söyləyib.
Nazir qeyd edib ki, Rusiya tərəfi bu təklifə müsbət yanaşıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31