Fransız deputatdan qalmaqallı miqrant təklifi

Fransanın millət vəkili miqrantlarla bağlı təklif hazırlayıb

Fransada İslam haqqında hazırladığı işlə söz-söhbətə səbəb olan cümhuriyyətçi millət vəkili Julian Auebert, miqrantlar üçün təklif hazırlayıb.

İçində 18 təklifin yer aldığı "Fransa İslamı üçün Əl Kitabı" adlı 50 səhifəlik çalışmada Aubert, miqrantların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün onların 2-ci fransız adı daşımalı olduqlarını bildirib.

"EuroNews"un xəbərinə görə, adların Fransa tarixində yer tutan adamların adları olmağını təklif edən vəkil, bunun məcburi olmadığını, lakin vacib olduğunu vurğulayıb.

Aubert, başqa bir təkliflə qız uşaqlarında hicabın qadağan edilməsini istəyib. O, hicabın qız uşaqlarında D vitamini çatışmazlığına və saç tökülməsinə səbəb olduğunu deyib. 


AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31