Nikol yeni filmini qızlarına qadağan etdi
23 Noyabr 2018 14:58 DünyaHollivud ulduzu Nikol Kidman övladlarına qadağa qoyub. 51 yaşlı aktrisa rol aldığı "Destroyer" filminə qızlarının baxmasına icazə verməyib.
"Oskar" mükafatçısı 10 yaşlı Sunday Rose və 7 yaşlı Faithə bununla bağlı göstəriş verib. O, ekran işindəki şiddət səhnələrinə görə belə bir addım atıb.
Kidman övladlarının 21 yaşı tamam olan zaman layihəni izləmə şanslarının olacağını qeyd edib.
"Qafqazinfo"


qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31