Alimlər Antarktidada qədim qalanın qalıqlarını aşkar etdilər - VİDEO
“Google Earth” üçölçülü kamera vasitəsilə Antarktidada qala qalıqları aşkar edilib. Alimlər dağıntıların simmetrik olduğunu müəyyən ediblər. Bu isə ilk növbədə bir çox əsrlər əvvəl sözügedən ərazidə qala olduğunu üzə çıxarır. Alimlərin fikrinə əsasən, sirli binanın dağıntıları qədim sivilizasiyanın qalıqları da ola bilər.
23 Noyabr 2018 14:28 Dünya"Google Earth" üçölçülü kamera vasitəsilə Antarktidada qala qalıqları aşkar edilib.
Alimlər dağıntıların simmetrik olduğunu müəyyən ediblər. Bu isə ilk növbədə bir çox əsrlər əvvəl sözügedən ərazidə qala olduğunu üzə çıxarır. Alimlərin fikrinə əsasən, sirli binanın dağıntıları qədim sivilizasiyanın qalıqları da ola bilər.
Fotolarda alimlər nəhəng ölçülü simmetrik binanı müşahidə ediblər. Dağıntılar qədim qala qalıqlarını xatırladır. Bəzi ailmlər ehtimal edir ki, bir neçə min il əvvəl Antarktidaya eskadronlar çıxa bilərdi və ərazidə yaşamağa əlverişli məkanlar olub.
Bundan başqa Piri Rəisin 1513-cü ildə tərtib etdiyi xəritədə Antarktidadakı yaşayış məntəqələri də qeyd edilib.
2013-cü ildə Antarktida buzlarında alimlər sirli piramidanın fotosunu çəkdilər. Piramida Vinson yamacında idi və simmetrik idi.
Ufoloqlar isə bildirirlər ki, ərazi yadplanetlilərin bazasıdır və onlar nə vaxtsa planetin bu hissəsinə eniblər.
Ölkə.Az