İranın girov götürülən sərhədçilərindən 5-i ölkəsinə qayıdıb
23 Noyabr 2018 14:01 Dünyaİranın cənub-qərbində girov götürülən sərhədçilərdən 5-i ölkəsinə qayıdıb.
"Report" xəbər verir ki, məlumat İran İnqilab Keşikçiləri Qvardiyası yayıb.
Bildirilib ki, Pakistanla aparılan danışıqlar nəticəsində "Ceys-ül-Ədl" silahlı qruplaşmasaının oğurladığı səhrədçilərdən 5-i səbəst buraxılıb və ölkəyə qayıdıb.
Qeyd edək ki, oktyabrın 16-da İranın Sistan-Bəlucistan əyalətinin Pakistanla sərhəddə yerləşən Mircave şəhərində 14 sərhədçi oğurlanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31