PKK zorlama nəticəsində hamilə qalan 2 terrorçu qadını güllələdi
23 Noyabr 2018 13:30 DünyaTürkiyə Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi terror təşkilatı PKK-nın qadınlara qarşı cinsi istismarına diqqət çəkmək üçün, həbs olunmuş bir terrorçunun ifadəsini yayıb.
Terror təşkilatının üzvü olan 25 yaşlı H.K (ad şərtidir) PKK üzvü olan qadınların təcavüzə məruz qaldığını etiraf edib.
"Mən kəndçimiz vasitəsi ilə PKK-ya qatılmışam. Qəndildə qaldığım müddətdə təcavüzə məruz qalan və bu təcavüzdən hamilə qalan iki qadın gözümün önündə güllələndi. Hazırda Diyarbəkirdə məhbus olan K.C-nın təcavüz etdiyi Asmin Evin kod adlı Selma D, vəziyyət ortaya çıxınca, edam edilmə qorxusundan öz silahı ilə intihar etdi. PKK qadını atışmada ölmüş kimi açıqladı" - PKK terrorçusu etiraf edib.
Avropa.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31