Tbilisinin mərkəzində atışma olub, yaralılar var
23 Noyabr 2018 13:07 DünyaGürcüstan paytaxtı Tbilisi şəhərinin mərkəzində yerləşən "Meydan" restoranı yaxınlığında atışma olub.
Ötən gecə baş verən insident zamanı 2 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan birinin Gürcüstan Prezidentinin kürəkəninin dostu Tornike Kaçaravanın qardaşı olduğu bildirilir.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. İnsidentin detalları barədə əlavə məlumat verilmir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31