"S-300-lər Rusiyanı xilas etməyəcək" - Cefri
23 Noyabr 2018 12:37 DünyaRusiyanın S-300-ləri Suriyaya verməsi İl-20 insidentinə səbəb olan səhvlərin təkrarlanması ehtimalını artırır.
Bunu "Kommersant" qəzeti və "RİA Novosti" agentliyinə müsahibəsində ABŞ Dövlət katibinin rəsmi nümayəndəsi Ceyms Cefri deyib.
"Suriya hərbçilərinin səhvi nəticəsində baş verən faciəni xatırlayın. Rusiya təyyarəsi vuruldu və səhv etmirəmsə, 15 nəfər öldü. S-300-ün tədarükü Suriya hərbçilərinin gələcəkdə eyni səhvləri etmək imkanlarını artıracaq. Ona görə də Rusiyanı burada maksimal dərəcədə ehtiyatlı olmağa çağırırıq", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31