ABŞ-la Meksika arasında gediş-gəliş bağlana bilər

ABŞ Prezidenti Donald TrampMeksikadan qanunsuz miqrant axınına görə bu ölkə ilə sərhədi bağlayacaqlarını istisna etməyib.

Bu barədə dövlət başçısı Şükran Günü bayramı münasibətilə getdiyi Florida ştatında jurnalistlərə bildirib.

"Vəziyyət müəyyən həddi keçsə, nəzarəti itirdiyimizi görsək, onda bir müddət, nəzarəti bərpa edənədək ölkəmizə girişi bağlamalı olacağıq. Bütün sərhəd boyu. Meksika ABŞ-a avtomobil göndərə bilməyəcək", - o bildirib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31