Albaniyada etiraz aksiyası zamanı 15 nəfər xəsarət alıb

Albaniyanın paytaxtı Tiranada yerli sakinlərlə polis arasında toqquşma baş verib.

Nəticədə 15 nəfəryaralanıb.

Yerli sakinləri hökumətin şəhər dairəvi yolunun genişləndirilməsi üçün bir neçə yüz yaşayış binasının sökülməsi barədə qərarı özündən çıxarıb. Nümayişçilərdən bir qisminin parlament binasına daxil olmaq cəhdi dinc etiraz aksiyasını qarşıdurma həddinə çatdırıb.

Bildirilir ki, toqquşma zamanı 3 mitinqçi və 12 polis əməkdaşı xəsarət alıb. Daha 11 nümayişçi saxlanılıb.

Bundan əvvəl Fransada keçirilən etiraz aksiyasında 409 nəfər yaralanıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31