Kəraçidə Çin konsulluğu yaxınlığında atışma: 2 polis ölüb
23 Noyabr 2018 11:05 DünyaPakistanın Kəraçi şəhərində Çin konsulluğunun yaxınlığında atışma olub, əl qumbarası partladılıb.
Şahidlər silahlı hücumda ən azı 3 nəfərin iştirak etdiyini bildirib. Diplomatik missiyaya məxsus binanın mühafizəçiləri naməlum şəxslərlə atışıb.
Hadisə yerinə polis qüvvələri və xüsusi təyinatlılar göndərilib.
Geo TV-nin məlumatına əsasən, atışmada iki polis əməkdaşı ölüb, biri xəsarət alıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31