İçərisində turistlər olan vertolyot itib

Dominkan Respublikasının şimalında vertolyot itib. Vertolyotun göyərtəsində pilotdan başqa, 5 turistin olduğu bildirilir.

Məlumata görə, Rio-San-Xuan şəhərindən çıxan vertolyotla əlaqə axşam saatlarından kəsilib.

Turistlərin vətəndaşlığı barədə məlumat verilmir.

Hazırda vertolyotun axtarışları istiqamətində "Pelikan" adlı axtarış-xilasetmə plan həyata keçirilir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31