Kremldən 2 naməlum helikopter qalxdı - Video

Kreml ərazisindən naməlum yük daşıyan iki ədəd Mi-8 helikopteri havaya qalxıb.

Helikopterlərdən birinin insan siluetini xatırladan naməlum obyekt daşıdığı müşahidə olunub.

Hadisə ilə bağlı Moskva sakinləri sosial şəbəkə hesablarında videolar paylaşıblar. Çəkilən videolardan birində helikopterin daşıdığı fiqurlardan birinin əlinin hərəkət etməsi aydın şəkildə görülüb.

Helikopterlər "Novokuznetskaya" və "Paveletskaya" metro stansiyaları istiqamətində hərəkət ediblər.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31