Səudiyyə Ərəbistanında yağış və daşqınlar nəticəsində 35 nəfər ölüb

Səudiyyə Ərəbistanında leysan yağışları və onların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Səudiyyə Ərəbistanı Baş Mülki Müdafiə İdarəsinin məlumatına görə, insan tələfatı Krallığın 10 fərqli regionunda qeydə alınıb. Ən çox ölüm halı Məkkədə olub - 11 nəfər.

Əksər hallarda ölümün səbəbi daşqınlar, daşqın olan yerlərdə tok vurma və binaların dağılması olub.

Həmçinin xilasedicilər daşqın zonasından 4 mindən çox insanı evakuasiya edib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31