Çinli alimlər insanı gəzən elektrik stansiyasına çevirməyi bacarıblar
22 Noyabr 2018 18:01 DünyaÇinin Çjençjou universitetinin alimləri insanı gəzən elektrik stansiyasına çevirməyi bacarıblar.
Universitetin mütəxəssisləri insan bədəninin hərəkətini enerjiyə çevirə bilən nanogenerator hazırlamağa müvəffəq olublar. Onun köməyi ilə saatları və müxtəlif elektron qurğuları enerji ilə təmin etmək mümkündür. Yeni nanogeneratoru paltarda gəzdirmək və hətta yumaq belə olur.
Alimlərin fikrincə, hərəkəti enerjiyə çevirə bilən yeni texnologiya insanın ənənəvi elektrik enerjisindən asılılığını azalda biləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31