Ukrayna Avropa İttifaqı üçün elektrik mühərrikli avtomobil istehsal edib

Ukrayna Avropa İttifaqı üçün ilk elektrik mühərrikli yük avtomobili istehsal edib.

Yük avtomobilləri Danimarkanın "Banke Electromotive" şirkətinin sifarişi əsasında hazırlanıb. Avtomobil müasir texniki standartlara və Avropa İttifaqının ekoloji normalarına tam cavab verir. Sertifikatlaşma işi bitdikdən sonra elektrik mühərrikli yük avtomobilinin Avropa ölkələri üçün kütləvi istehsalına başlanılacaq.

"ERCV27" markalı yük maşını ev tullantılarının daşınması üçün nəzərdə tutulub. Avtomobilin batareyaları tam doldurulduqdan sonra o, 220 kilometr məsafə qət edə bilir.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31