Çavuşoğlu: "Aİ Türkiyəni sıralarına daxil etməlidir, onların xeyrinədir"
22 Noyabr 2018 16:29 DünyaAvropa İttifaqı (Aİ) Türkiyəni öz sıralarına daxil etməlidir, çünki təşkilatın sərhədlərinin genişlənməsi yalnız Türkiyə deyil, həm də Aİ-nin özünün marağındadır.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Türkiyəli nazir daha sonra əlavə edib: "Bu gün Türkiyə terrorizmlə mübarizə aparır ki, bu da Aİ-nin marağındadır".
M.Çavuşoğlu həmçinin qeyd edib ki, Türkiyə Aİ-dən bütün terror təşkilatlarına, xüsusən PKK terror təşkilatı və Fətulla Gülən hərəkatına qarşı mübarizədə lazımi dəstəyi tələb edir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31