Almaniya hökuməti siyasi qaçqınlarla bağlı dəyişikliyə getdi - Bundan sonra...

Almaniya hökuməti siyasi qaçqınlıqla bağlı müraciət edən xarici vətəndaşların ərizələrinin dəyərləndirilməsi müddətini uzadılacaq.

Almaniya hökuməti siyasi qaçqınlıqla bağlı müraciət edən xarici vətəndaşların ərizələrinin dəyərləndirilməsi müddətini uzadılacaq.

Prosesin müddəti 3 ildən 5 ilə yüksəldiləcək.

"Deutsche Welle" nəşrinin xəbərinə görə, alman hökuməti bu qərarı Köç və Qaçqınlar Dairəsinin yükünü azaltmaq üçün qəbul edib.

Sosial Demokrat Partiyasının (SPD) Federal Məclis Qrupu Daxili Siyasət Komissiyasının sözçüsü Börkhard Lişkanın verdiyi məlumata görə, bu dəyişiklik 2015-2016-cı ildə qaçqınlıqla bağlı müraciət edən şəxslərin ərizələrinə də tətbiq ediləcək. Belə ki, həmin illərdə hökumətə qaçqınlıqla bağlı 890 000 müaricət edilib. Bu rekord göstəricinin öhdəsindən gəlmək üçünsə xeyli müddət tələb olunur.

Sözçü bu dəyişikliyi daimi olaraq tətbiq edəcəklərini nəzərdə tutmadqlarını da bildirib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31