"Türkiyənin AB ilə əlaqələri gücləndirmək qərarını alqışlayırıq" - Moqerini
22 Noyabr 2018 16:09 Dünya"Türkiyənin AB ilə əlaqələri gücləndirmək və yeni islahat mərhələsinin başlaması ilə əlaqədar qərarını alqışlayır".Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib.
Ankarada Türkiyə-AB Yüksək Səviyyəli Siyasi Dialoq Şurasının toplantısından sonra keçirilən mətbuat konfransında çıxış edən Moqerini, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıkçının cinayətindən də danışıb.
Moqerini, Qaşıkçı cinayəti ilə əlaqəsi olan şəxslərin məsuliyyətə cəlb edilməsinə çağırıb.
sia
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31