Facebook-un etirafı: "Sorosu təqib etdiririk"

Soros "Facebook cəmiyyət üçün bir pislik simvoludur" sözlərini deyib.

Soros "Facebook cəmiyyət üçün bir pislik simvoludur" sözlərini deyib.

Xəbər verildiyi kimi Corc Soros bu ilin yanvar ayında verdiyi bir açıqlamasında Facebook və Google-u sərt tənqid edib. Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində verdiyi yeməkdə jurnalistləri qarşılayan Soros Google və Facebook-u inhisarçı olmaqda günahlandıraraq texnoloji inkişafın qarşısında maneə yaratdıqlarını deyib.

Google və Facebook-un istifadəçi sayını artırmaqdan başqa bir şey düşünmədiyini iddia edən Soros bu qurumların əlindəki zəngin şəxsi informasiyanın təhlükəsizliyi məsələsində narahat olduğunu söyləmişdi.

Dünyanın ən böyük sosial media şəbəkəsi olan Facebook macar əsilli iş adamı Corc Sorosu təqib etdirdiyini söyləyib.

Bu haqda informasiyanı Guardian nəşri yayıb.

Məlumata görə, Facebook Sorosun hansı dərnəklərlə iş gördüyünü araşdırmaq üçün bir PR şirkəti ilə anlaşıb.

Xatırldaq ki, Soros "Facebook cəmiyyət üçün bir pislik simvoludur" sözlərini deyib.

Facebook-un ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elliot Schrage bildirib ki, Sorosun tənqidindən sonra Facebook-un gəlirlərinin artıb-artmayacağı araşdırılır.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31