Rusiya Hesablama Palatasının rəhbəri: "Neftin qiymətinin kəskin ucuzlaşması müvəqqətidir"
22 Noyabr 2018 15:27 Dünya"Son vaxtlar neftin qiymətinin kəskin ucuzlaşması müvəqqətidir, amma bir neçə ay davam edə bilər".
Bunu Avrasiya İnkişaf Bankının keçirdiyi konfrans zamanı Rusiya Hesablama Palatasının rəhbəri Aleksey Kudrin deyib.
Qeyd edək ki, 20 noyabr tarixində Londonun İCE birjasındakı hərracda "Brent" markalı neft yanvar ayında tədarük edilmək şərtilə 7,8 faiz ucuzlaşaraq bir bareli 61,97 ABŞ dollara satılıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31