Şri-Lankada vətəndaş müharibəsinin izləri — Kütləvi məzarlıq aşkar edildi

Şri-Lankada 26 il davam edən vətəndaş müharibəsinin izləri ortaya çıxır.

Bu yaxınlarda tapılan kütləvi məzarlıq ölkədə bu günə qədər tapılan ən böyük kütləvi məzarlıqdır.

Rəsmilər məzarda ən azı 230 meyit qalıqları aşkar ediblər. İlk qazıntılar zamanı isə 90 meyitin sümükləri tapılmışdı. Məhkəmə ərazidə qazıntı və incələmə işlərinin aparılması barədə sərəncam verib.

Kütləvi məzarlıq Şri-Lankanın Mannar şəhəri yaxınlığında avqust ayında tapılıb. Meyitlərin kimə məxsus olduğu və necə qətlə yetirildiyi bilinmir.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31