“ABŞ Suriyanın şimalında müşahidə məntəqələri qurur”

"Bəşər Əsəd Rusiya və İranın dəstəyi ilə Suriyada qətliamlar törədir və ölkəni parçalamağa çalışır". 

Bu barədə ABŞ-ın müdafiə naziri Ceyms Mattis bildirib. Nazir qeyd edib ki, Türkiyənin Suriya sərhədində yerləşən bir NATO ölkəsi olaraq narahat olması üçün bir çox səbəb var: "Fikirləşməyin ki, bu narahatçılığın heç birini ciddiyə almırıq. Suriyanın şimalında bir neçə bölgədə müşahidə məntəqəsi yaradırıq. Bu bir dəyişiklikdir. Suriyanın şimal sərhədləri boyunca bir neçə nöqtədə müşahidə məntəqəsi qurmağı da planlaşdırmışıq. Çünki, bizim nəzarət etdiyimiz ərazilərdən təhlükəli bir şey hiss edərsək türkləri xəbərdarlıq etmək istəyirik. Bu mövzuda Türkiyə ilə yaxından əməkdaşlıq edirik. Türkiyəyə qarşı ortaya çıxan və gördüyümüz hər cür təhdidi müşahidə etməyə çalışacağıq".  

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31