Türkiyə “Patriot” raketlərlə bağlı ABŞ-ın təkliflərini müzakirə etməyə hazırdır

"Türkiyə hökuməti "Patriot" zenit raket sistemlərinin satın alınmasına dair ABŞ-dan gələcək təklifləri müzakirə etməyə hazırdır".

Bunu "Rusiya - Türkiyə münasibətləri: gələcəyin şəkli yaranırkən" konfransında Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.

"Gələn il "S-400"lərin ilk dəstəsi tədarük ediləcək, daha sonra da onların birgə istehsalına başlayacağıq. Amma Türkiyə heç vaxt təkcə bir təklifə bağlanmır, bizi məhz belə qəbul etmək lazımdır. Belə ki, "Patriot" sistemlərinə dair ABŞ-dan sərfəli təklif alsaq, birgə istehsalı barədə razılığa gəlsək, belə təklifi qəbul edəcəyik", - Türkiyə rəsmisi vurğulayıb.

REPORT

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31