Yaponiyada təqaüd yaşı artırılacaq

Yaponiya hökuməti təqaüd yaşını 65-dən 70-ə qaldırmağı nəzərdə tutur.

Bu barədə xüsusi komissiyanın məruzə layihəsində bildirilir. 

Noyabrın 26-da ölkənin iqtisadi artımı naminə təqaüd yaşını qaldırmaq məsələsi İqtisadi və Fisk Siyasəti Şurasında müzakirəyə çıxarılacaq, qanun layihəsini isə 2020-ci ilədək hazırlamaq nəzərdə tutulur. 

Rəsmi məlumata görə, hazırda ölkədə orta ömür müddəti kişilərdə 80, qadınlarda isə 87 yaşdır, əhalinin dörddə bir hissəsinin yaşı 65-dən çoxdur.

REPORT

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31