Ermənistan Prezidenti KTMT-dəki yeni səlahiyyətli nümayəndəni təyin edib
22 Noyabr 2018 12:58 DünyaErmənistan Prezidenti Armen Sarkisyan Viktor Biyaqovu respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) yeni səlahiyyətli nümayəndəsi təyin edib.
Digər fərmanla David VirabyanErmənistanın KTMT-dəki səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.
Daha əvvəl V.Biyaqov ölkənin Milli Assambleya (parlament) aparatının xarici əlaqələr şöbəsinə rəhbərlik edib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31