Biznesmen Toğrul Tağıyev Moskvada güllələndi
22 Noyabr 2018 12:49 Dünyaİş adamı Toğrul Tağıyev gecə saatlarında Moskva yaxınlığında avtomobildə yaralı halda aşkar edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Ren TV məlumat yayıb.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 36 yaşlı biznesmenin qətli ilə bağlı cinayət işi başlanıb.
İlkin ehtimallara görə, qatil çoxmərtəbəli binanın qarşısında qurbanına silahdan bir neçə dəfə atəş açıb. Hadisə yerində 9 mm kalibrli dörd giliz və bir güllə tapılıb.
Hüquq-mühafizə orqanları hücumun səbəblərini və cinayətkarın kimliyini araşdırır.
Bəzi məlumatlarda bundan əvvəl də biznesmenə qarşı sui-qəsdin olduğu deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31