Türkiyə parlamentində dava – Foto
22 Noyabr 2018 12:41 DünyaTürkiyə Böyük Millət Məclisində deputatlar arasında dava düşüb.
Türkiyə parlamentində təmsil olunan hakim Ədalət və İnkişaf Partiyası və İYİ partiyasının abreviaturasının düzgün səslənməməsi gərginliyə səbəb olub.
Cümhuriyyət Xalq Partiyasından olan deputat Özgür Özəlin Ədalət və İnkişaf Partiyasının adını "AKP" kimi qısaltmasına hakim partiya üzvləri sərt reaksiya verib.
Özgür Özəl cavabında İYİ partiyasının abreviaturasının "İP" olmadığını, təmsil olunduğu Cümhuriyyət Xalq Partiyasının isə "CEHAPE" kimi səslənməsinin yanlış olduğunu söyləyib.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31