Danimarka da Səudiyyəyə qarşı sanksiyalara qoşuldu

Danimarka Səudiyyə Ərəbistanına sanksiyalar tətbiq etmək haqda qərar verib.

Rəsmi Kopenhagen jurnalist Camal Qaşıqçı cinayəti və Yəməndəki fəaliyyəti səbəbindən Səudiyəyə sanksiyalar tətbiq edib.

Bu qərara görə, Danimarka Səudiyyə Ərəbistanına silah və hərbi ləvazimatlar ixracatını dayandırıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Almaniya da analoji qərar qəbul edib.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31