Moqerinidən Kosovaya tələb: Dərhal ləğv et!
Avropa Birliyinin Baş diplomatı Federika Moqerini Kosovaya müraciət edərək, Serbiya və Bosniya və Hersoqovina mallarına tətbiq edilən 100%-lik gömrük rüsumlarının ləğvini tələb edib.
22 Noyabr 2018 12:07 DünyaAvropa Birliyinin Baş diplomatı Federika Moqerini Kosovaya müraciət edərək, Serbiya və Bosniya və Hersoqovina mallarına tətbiq edilən 100%-lik gömrük rüsumlarının ləğvini tələb edib.
Moqerininin bəyanatı Avropa Komissiyasının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Komissarlığının saytında yer alıb.
"Kosova hökuməti dərhal bu qərarı ləğv etməlidir. Bu qərar Mərkəzi Avropada azad ticarət haqqında razılaşmanın pozulması deməkdir", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31