Paşinyan Ermənistan boyu yürüşə hazırlaşır

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan bütün İrəvan ərazisində yeni yürüş keçirməyə hazırlaşır.

Bunu Paşinyan öz Feysbuk səhifəsində etdiyi videomüraciət zamanı deyib. O, baş tutacaq yürüşün qeyri-adi və uzunmüddətli olacağını bildirib.

Paşinyan şənbə günü baş tutacaq yürüşün aprel inqilabına bənzəyəcəyini söyləyib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31