"KTMT-ni tərk edə bilərik" – İrəvan

Əgər atacağımız addımız maraqlarımıza cavab versə, o zaman Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edə bilər.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan deyib.

"Ermənistanın KTMT-də olması onun maraqlarından irəli gəlir. Əsas üstünlüyümüz budur ki, bunun sayəsində rus silahlarını güzəştli qiymətlərlə almaq imkanına sahib oluruq", - deyə o bildirib.

O, KTMT baş katibi postunu nə Ermənistan, nə də Belarus nümayəndəsinin tutacağını, hansısa üçüncü ölkənin nümayəndəsinin vəzifəyə gətiriləcəyini deyib.

Qeyd edək ki, rusiyalı politoloq Sergey Mixaylov da Ermənistanın KTMT-dən çıxarılması məsələsinin gündəmə gələ biləcəyini istisna etməyib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31