ABŞ hərbçilərinə sərhəddə miqrantlara atəş açmaq icazəsi verilib
22 Noyabr 2018 11:32 DünyaAğ ev aparatının rəhbəri Con KelliABŞ-ın Meksika ilə sərhədinə yerləşdirilmiş hərbçilərə zərurət yaranacağı təqdirdə atəş açmaq icazəsi verən memorandum imzalayıb.
Bu barədə "Military Times" nəşri yazıb.
Qeyd olunur ki, sərəncam ABŞ kontingentinə müdafiə nazirinin sərhəd-nəzarət məntəqəsi əməkdaşlarının müdafiəsi üçün zəruri bildiyi hərəkəti etməyə icazə verir.
Burada həmçinin söhbət güc tətbiqi (eləcə də, zərurət yarandıqda hədəfə atəş açmaq) kütləyə nəzarət, müvəqqəti saxlama və qısa axtarışdan gedir.
Bundan əvvəl məhkəmə Donald Trampın qeyri-qanuni miqrantlarla bağlı fərmanının icrasını dayandırıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31