Venesuela Prezidenti: "Neftin qiyməti 100 dollar/barel olmalıdır"
22 Noyabr 2018 11:16 Dünya"Neftin qiyməti, təxminən, 100 dollar/barel olmalıdır. Bu, Venesuelanın tələb etdiyi ədalətli qiymətdir".
Bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
O bildirib ki, karbohidrogenlərin aşağı qiymətə satılması Venesuela iqtisadiyyatının inkişafına mənfi təsir göstərir.
N.Maduro dünya bazarında neftin qiymətinin qaldırılması üçün mübarizə apardığını xatırladıb. Prezidentin sözlərinə görə, onun bu istiqamətdəki fəaliyyəti OPEC-in xeyrinədir və onları qoruyur.
Qeyd edək ki, son vaxtlar Venesuelada neft hasilatının həcmi son 30 ildə ən aşağı səviyyəyə düşüb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31