Antarktidada naməlum enerji mənbəyi aşkar edilib
22 Noyabr 2018 11:07 DünyaBeynəlxalq tədqiqatçılardan ibarət qrup Antarktidada böyük geotermal şüalanma mənbəyi aşkar edib.
Bu barədə "Science Alert" portalı məlumat verib.
Qeyd olunur ki, mənbə buz qatından üç kilometr dərinlikdə yerləşir və buz plitələrinin əriməsinə səbəb ola bilər.
Tədqiqatın yekun nəticələrinə əsasən, bu ərazidə buz aşağıdan əriyir, ərimiş su isə buzaltı gölə axır.
İstilik mənbəyinin yaranmasının səbəbi hələlik bəlli deyil.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31