Kaliforniyanın şimalında yanğınlar nəticəsində ölənlərin sayı 83-ə çatıb

ABŞ-ın Kaliforniya ştatının şimalında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 83-ə çatıb.

Trend-in məlumatına görə, bunu mətbuat kofransı zamanı Byut dairəsinin şerifi Kori Honi bildirib. Onun sözlərinə görə, 653 nəfər itkin düşmüş hesab olunur. Ümumilikdə, ştat üzrə ölənlərin sayı ən azı 86-dır.

Qeyd edək ki, Kaliforniyada bir neçə güclü yanğın baş verir. Ştat tarixində ən dağıdıcı yanğın Kaliforniyanın şimalında baş verən "Camp" meşə yanğınıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31